Cəmiyyət

Seçki günü hava necə olacaq?

Sharing is caring!


Ölkə ərazisində fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Qeyd edək ki, sabah Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir