Cəmiyyət

“Xocəsən” metro stansiyası istiqamətində yeni marşrut xətti təşkil edilib

Sharing is caring!

“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən etibarən fəaliyyət göstərəcək.

Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir