Cəmiyyət

Tələbə valideyni olan məşhurlar – FOTO

Sharing is caring!


Tələbə adı alanlar içərisində şəhid övladları, həmçinin idmançıların, media nümayəndələrinin, bir sıra dövlət qurumları təmsilçilərinin, tibb işçilərinin də övladları var. 

Oxu.Az xəbər verir ki, tələbə adı alanlar içərisində şəhid polkovnik Raquf Orucovun oğlu Nihad da var.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli Türkiyənin Uludağ Universitetinin tibb fakültəsinə qəbul olub. O, tam təqaüdlə ali təhsil alacaq.

Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədovun oğlu İqtisadiyyat Universitetinin (UNEC) Menecment fakültəsinə daxil olub.

Millət vəkili Kamilə Əliyevanın qızı Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər ixtisasına daxil olub. 

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu da tələbə adı qazanıblar. “Unikal” xəbər verir ki, şəhidin oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye mühəndisliyi ixtisasına, həyat yoldaşı Nigar Ağamalıyeva isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.

“ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyevin qızı da qəbul imtahanlarından yüksək bal toplayaraq İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olub.

İkiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və səkkizqat Avropa çempionu İlham Zəkiyevin oğlu İlkin də tələbə adını qazananlar sırasındadır.

Oxu.Az kollektivi tələbə adı alan hər kəsi təbrik edir. Aşağı nəticələr toplayan gənclərə isə növbəti imtahanlarda uğurlar diləyir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir