Cəmiyyət

Nurlan İsmayılbəyli: “Günün birinci yarısında imtahanlar ibtidai sinfi əhatə edir”

Sharing is caring!


“Sertifikatlaşdırma imtahanları respublika üzrə 13 müxtəlif şəhərdə və 22 müxtəlif imtahan mərkəzində təşkil edilir.

Oxu.Az xəbər verir ki,  bu sözləri Azərbaycan Respublikası Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib

O bildirib ki, imtahanda iştirak edən təhsilverənlərin arasında iştirakı icbari olan və yaşı 60-a qədər olan müəllimlərin davamiyyəti 97 faiz səviyyəsində qeydə alınıb:

“Günün birinci yarısında imtahanlar ibtidai sinfi əhatə edir. 1172 namizəd iştirak edir. Onlar arasında 60 yaşdan yuxarı könüllü müəllimlərimiz də var. Günün ikinci yarısında isə imtahanlar Azərbaycan dili və ədəbiyyatı fənnini əhatə edəcək. Burada da yeni işə qəbul olunmuş və 60 yaşdan yuxarı könüllü iştirak edən müəllimləri əhatə edəcək. Bu gün artıq ölkə üzrə 40 mindən çox müəllimin sertifikatlaşdırılması həyata keçirilib”.

“Sertifikatlaşdırmadan ilk cəhddə uğur qazana bilməyən müəllimlər üçün Azərbaycan Respublikası Təhsil İnstitutunun və Elm və Təhsil Nazirliyinin birgə dəstək tədbirləri olacaq”, – deyə Nurlan İsmayılbəyli qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir