Cəmiyyət

Gədəbəydə ölüm və xəsarətlə nəticələnən ağır qəza olub

Sharing is caring!


Gədəbəy rayonunda ağır qəza baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Belə ki, 1985-ci il təvəllüdlü Anar Dilqəm oğlu Vəliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun qızı, 2009-cü il təvəllüdlü Rəfiqə Vəliyeva, 1996-cı il təvəllüdlü Elməddin Yusibov və 2000-ci il təvəllüdlü Sərxan Telman oğlu Rafıkar  xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir