Cəmiyyət

İsmayıllıda avtomobil yük maşınına çırpılıb: Xəsarət alanlar var

Sharing is caring!


İsmayıllıda avtomobil idarəetməni itirərək yük maşınına çırpılıb.

APA xəbər verir ki, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb. “Tofaş” markalı avtomobil idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Vüqar Təşkilat oğlu Ziliyev və Laçın sakini 1990-cı il təvəllüdlü Elvin Əvəz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir