Dünya

Türkiyədə qadın ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı

Sharing is caring!

Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriye Arslanın qətiyyəti hər kəs tərəfindən bəyənilib.

Belə ki, Arslan hərfləri tanımadığından qəzaya düşən və xəstəxanaya yerləşdirilən həyat yoldaşının adını oxuya bilmədiyi üçün onun otağını tapa bilməyib. Elə həmin gün o, dil kursuna getməyə qərar verib.

“İllər sonra oxuyub-yazmağı öyrənmək çox gözəl hissdir. Oxuyub-yazmağı bilməyən insanlar kor olurlar.

Kəndimizdə məktəb var idi. Anam, atam dağa gedirdilər. Uşaqlara mən baxırdım, ona görə də məktəbə gedə bilmədim. Sonradan Mersinə köçdük, oxumağı bacarmırdım deyə heç yerə tək gedə bilmirdim”, – deyə 73 yaşında arzularına çatmağın sevincini yaşayan Arslan indi hər yerə tək getdiyini bildirib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir