Dünya

ABŞ Prezidenti Türkiyəyə “F-16” qırıcılarının tədarükünü vəd edib

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində görüş zamanı Ankaraya “F-16” qırıcılarının tədarükü məsələsini müzakirə ediblər. 

Danışıqlar zamanı ABŞ lideri Türkiyədən olan həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.

Məlumatı respublikaçı senator Qrem Lindsi də təsdiq edərək bəyan edib ki, Türkiyəyə “F-16”ların satışını dəstəkləyirlər.

“Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyəyə, ABŞ-a, NATO-ya və regional təhlükəsizliyə fayda verəcək”, – deyə Qrem Lindsi vurğulayıb.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir