Dünya

Nyu-York prokurorluğu Trampın 370 milyon dollar cərimə ödəməsini tələb edir

Sharing is caring!


Nyu-York əyalətinin baş prokuroru Letisiya Ceyms məhkəmədən “Trump Organization”in aktivləri ilə bağlı fırıldaqçılıq işi üzrə ABŞ-nin keçmiş prezidenti Donald Trampdan 370 milyon dollar tələb edib.

Qeyd olunur ki, prokurorluq keçmiş ABŞ liderinin aktivlərinin dəyərinin şişirdilməsi sayəsində əldə edə bildiyi gəliri məhz bu məbləğdə olduğunu hesablayıb. Bundan əlavə, Ceyms məhkəmədən Trampın, həmçinin “Trump Organization”in iki keçmiş əməkdaşı Allen Vaysselberq və Ceffri Makkoninin Nyu-York ştatında daşınmaz əmlak sənayesində iştirakını ömürlük qadağan etməyi xahiş edir.

Qeyd edək ki, Nyu-York prokurorluğunun Tramp və onun şirkətinə qarşı fırıldaqçılığa dair mülki iş çərçivəsində qaldırılan iddiası 2022-ci ilin sentyabrında məhkəməyə göndərilib. Ceymsin sözlərinə görə, şirkət kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyəri barədə yanlış məlumat verib. Prokurorluğun fikrincə, aktivlərin dəyəri 2,23 milyard dollar artırılaraq 3,6 milyard dollar təşkil edib. Xüsusən, departamentin təkid etdiyi kimi, Trampın Floridadakı mülkünün, Manhettendəki “Trump Tower” göydələnindəki mənzillərinin, bir neçə ofis binasının və qolf sahələrinin dəyəri şişirdilib. Trampın müdafiə komandası iddiaların əsassız olduğunu, əmlakın qiymətinin isə müxtəlif səbəblərdən zamanla dəyişdiyini təkid edir.

Mənbə: ABC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir