Cəmiyyət

Bakının bəzi rayonlarında qaz yoxdur

Sharing is caring!


Bakının Qaradağ və Səbail rayonlarına qazın verilişi dayandırılıb.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksəktəzyiqli magistral qaz kəmərinin 12-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı bu gün saat 12:00-dan işlər başa çatanadək “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə “Cənub” yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, həmçinin Səbail rayonu üzrə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir