Cəmiyyət

PFL prezidenti Elxan Səmədov fevralda Bakıya gələ bilər – AÇIQLANDI

Sharing is caring!


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

S.Abdullayevin sözlərinə görə, qurumun rəhbəri Elxan Səmədov hələ də Türkiyədədir və reabilitasiya müddəti davam edir:

“Həkimlər intensiv reabilitasiya prosesi aparıldığını deyirlər. Prosesin müddəti barədə dəqiq söz demək olmur. Amma güman edilir ki, E.Səmədov fevral ayında Bakıya qayıdacaq. Fevralda qayıtması gözlənilir və reabilitasiya müddətinin Bakıda davam etməsi planlaşdırılır. Burada reabilitasiya müddətində həkimlərin rəyindən asılı olaraq qərar veriləcək ki, yenidən Türkiyəyə getməsinə ehtiyac olacaq, yoxsa yox”.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir