Siyasət

Fuad Nəcəfli: “Azərbaycan-Türkiyə dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Sharing is caring!


“Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə xalqının milli istiqlal tarixinin şanlı səhifəsi olan Zəfər bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

Vurğulanıb ki, bu gün iki qardaş ölkə arasında iqtisadi, ticarət, təhsil, səhiyyə, mədəniyyət sahələrində və ordu quruculuğunda əməkdaşlıq uğurla davam etdirilir.

Qeyd olunub ki, bu da hər iki ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir.

Fuad Nəcəfli Zəfər bayramı münasibətilə bir daha təbriklərini çatdırıb, Türkiyə dövlətinə və xalqına daha böyük zəfərlər arzulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir