MARAQLI

İnsanabənzər robot Britaniya parlamentinə dəvət edilib: O, müasir incəsənət barədə çıxış edəcək

Sharing is caring!

Ai-Da adlı insanabənzər robot Böyük Britaniya Parlamentində Rəqəmsal Texnologiyalar üzrə Lordlar Palatasının Komitəsinin iclasında çıxış etmək üçün dəvət alıb.

Bildirilir ki, android-rəssam robot öz çıxışında süni intellektin müasir incəsənətin inkişafına təsirindən danışacaq. Ai-Da həmçinin yaradıcı peşə sahiblərinin neyron şəbəkələrin aktiv inkişafından qorxmalı olub-olmamaları barədə fikrini bildirəcək. O, neyron şəbəkələrin mətn sorğuları əsasında şəkillər yaratmaq bacarıqlarına insanların münasibəti barədə də şərhlər verəcək.

Humanoidin yaradıcısı britaniyalı qalereyaçı Eydan Mellerdir. Robotun çıxışı oktyabrın 11-nə planlaşdırılır. Meller həmçinin 2019-cu ildə “Engineered Arts” şirkəti ilə birlikdə android yaratmışdı.

Ai-Da adı isə ilk qadın kompüter proqramçısı Ada Lavleysin şərəfinə qoyulub. Robot kameralarla təchiz olunub ki, bu kameralar ona gözləri əvəz edir. Robot-rəssam həm də danışa, suallara cavab verə və həm də rəsmlər yarada bilir.

Mənbə: “Daily Mail”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir