Cəmiyyət

İmişlidə müasir “zibil qabı”: Asfaltı qazıb tullantılara yer açdılar – FOTO

Sharing is caring!


İmişlidə məişət tullantılarını atmağa yer tapılmır. Zibil konteynerləri əvəzinə asfaltı qazıb içinə tullantı tökürlər.

Oxu.Az xəbər verir ki bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Söhbət İmişlinin Həzi Aslanov küçəsindən gedir. Sözügedən küçədə yaşayan sakinlər daha öncə də məişət tullantılarının ətrafda acınacaqlı görüntü yaratmasına qarşı mübarizə aparıblar. Hər dəfə vətəndaşların müraciəti ilə zibilxana təmizlənib.

Sonuncu dəfə isə həmin ərazidə səkini qazaraq zibil “qabı” düzəltməyə çalışıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir