Cəmiyyət

ƏMDX-nin rəisi: “Qarabağda torpaq sahəsinin ayrılması ilə bağlı 372 müraciətə müsbət rəy verilib”

Sharing is caring!


“İşğaldan azad olunmuş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470,40 hektar torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib”.

APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, burada ümumilikdə indiyədək iki min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.

“Torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şərhərsalma və Arxitektura Komitəsindən daxil olan 4959 hektar torpaq sahəsi üzrə 134 müraciətə müsbət rəy verilib. Ümumilikdə, 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib”, – ƏMDX-nin rəisi əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir