Cəmiyyət

Ən baxımlı idman yarışlarını “Setanta Sports”la Ailə TV-də izlə

Sharing is caring!


İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası, Fransa futbol liqası, “Formula-1” üzrə dünya Qran-priləri, NBA basketbol liqası və digər məşhur idman yarışlarını indi Ailə TV şəbəkəsində izləmək olar. 

Bu barədə “Caspian Telecom”un mətbuat xidməti məlumat yayıb.

Belə ki, Ailə TV rəqəmsal yayım və İPTV yayım növündə yeni “Setanta Sports 1” və “Setanta Sports 2” idman telekanllarının nümayişini başlayıb.

Ailə TV Rəqəmsal Kabel Televiziyası və İPTV yayım növündə mövcud olan “Sport+” paketinə daxil olan “Setanta Sports 1” və “Setanta Sports 2” idman kanallarından savayı, müxtəlif idman azarkeşlərinin zövqünə uyğun daha 13 idman kanalı abunəçilərə təklif olunur.

Ümumilikdə Ailə TV baza yayım paketlərinə 200-dən çox seçmə televiziya kanalı daxildir. Əsas paketə aylıq abunə 10 AZN, 15 seçmə idman kanalından ibarət “Sport+” paketinə abunə isə əlavə 5 AZN təşkil edir.

Abunəçilərin tələblərini və dünya trendlərini nəzərə alaraq Ailə TV yayım şəbəkəsində mütəmadi olaraq yeniliklər baş verir və ən baxımlı televiziya kanalları müxtəlif paketlərə əlavə olunur.
Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir