Cəmiyyət

Bakıda yol kəsişməsində maşınlar toqquşub – FOTO

Sharing is caring!


Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Məsud Davudoğlu və Mirzə Məhəmməd Xan küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, yol kəsişməsində “Hyundai” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub.

Əraziyə DYP əməkdaşları cəlb ediliblər. Qəzaya uğrayan avtomobillərin yoldan götürülməsi təmin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir