Kriminal

Bakıda arvadını bıçaqlayan kişi tutulub

Sharing is caring!

Bakıda arvadını bıçaqlayan kişi tutulub.

APA-nın məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Emin Hüseynov qısqanclıq zəminində həyat yoldaşı Nürəngiz Hüseynovaya çoxsaylı bıçaq zərbələri vurub. Təcili yardım vasitəsi ilə 3 saylı şəhərk Klinik Xəstəxanasına çatdırılan Nürəngiz Hüseynovanın həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Emin Hüseynov saxlanılıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir