Cəmiyyət

Şəkidə 42 yaşlı kişini maşın vurub

Sharing is caring!


Şəkidə yol-nəqliyyat hadisəsi zamanı piyada vurulub.

APA-nın məlumatına görə, hadisə axşam saat 20 radələrində Şəki-Oğuz şosesində baş verib.

Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Murad Oktay oğlu Məmmədovu VAZ 21099 markalı minik avtomobili vurub.

Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan M. Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir