Cəmiyyət

“Qırmızı kitab”a düşmüş quşu satmaq istəyirdi – Polis cəzalandırdı

Sharing is caring!


“Qırmızı kitab”a düşmüş 10 ədəd “Bəzgək” quşunu tutub həyətində saxlayan və satışı ilə məşğul olan şəxs müəyyən edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, qanunsuzluğa yol verən şəxs Hacıqabul rayonu Padar qəsəbəsində yaşayan Asif Emnalıyevdir.

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir