Cəmiyyət

Şadlıq saraylarında sifarişlər kəskin artıb – YENİ QİYMƏTLƏR

Sharing is caring!


2023-cü ilin oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 47,5 faiz artıb.

Bu barədə “Trend”ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, sifarişlərin sayında artım məhərrəm ayından sonra artan tələblə bağlıdır.

Eyni zamanda, şadlıq saraylarında oktyabr ayında qiymətlər 8,2 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 10,3 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 7,8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6,3 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir