Cəmiyyət

Bakı metrosunda halı pisləşən sərnişin vəfat edib

Sharing is caring!


Bakı metrosunda “Həzi Aslanov”-“Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb.

Dispetçerin müvafiq tapşırığına uyğun olaraq “Qara Qarayev” stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. Təxminən 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir