Cəmiyyət

Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun doğum günüdür – VİDEO

Sharing is caring!


Bu gün Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub.   

O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

A.İsrafilov “Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.

Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 24 may 1998-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adına, 25 yanvar 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 5 iyul 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 22 aprel 2008-ci ildə Dağıstan Respublikasının “Xalq artisti” adına layiq görülüb.

2 dekabr 2022-ci il tarixində reanimasiyaya yerləşdirilib. 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb. 29 aprel 2023-cü il tarixində vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir