Cəmiyyət

MSK sədri: “Seçki məntəqələrində veb-kameraların sınağına başlanılıb”

Sharing is caring!


“Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə bağlı seçki məntəqələrində quraşdırılmış veb-kameraların sınağına başlanılıb”.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, seçki prosesinin şəffaflığının təmin edilməsi baxımından həm veb-kameraların qurulması, həm də mətbuatın seçki prosesində yaxından iştirak etməsi vacib məqamdır”, – o vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir