Dünya

Son beş ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin şəkildə düşüb

Sharing is caring!


Son beş ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin şəkildə düşüb.

Bu barədə yerli “Joqovurd” nəşri yazıb.

Məlumata görə, ölkədə son beş ildə jurnalistlərə qarşı təzyiqlər artıb. Bu təzyiqlər o qədər çoxdur ki, bəzi media orqanları və ayrı-ayrı jurnalistlər özünü müdafiə etmək üçün məhkəmə sisteminə və ya jurnalist təşkilatlarına müraciət edirlər.

Qeyd olunub ki, 2023-cü ildə Ermənistanda jurnalistlərə qarşı 36 məhkəmə işi açılıb.

Qeyd edək ki, Söz Azadlığının Müdafiəsi Komitəsinin 2013 və 2014-cü illərdə apardığı əvvəlki analoji araşdırmalarla müqayisədə əldə olunan nəticə təhqir və böhtanla bağlı işlərin sayının təxminən üç dəfə artdığını göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir