İdman

KİV: “Mançester Yunayted” Ronaldunu klubda qalmağa razı sala bilməyib

Sharing is caring!

Kriştianu Ronaldu bu yay “Mançester Yunayted”i tərk edəcək.

Bir neçə gün öncə hücumçu klubu ilə gələcəyini müzakirə etmək üçün Mançesterə qayıdıb. Mankunianların baş məşqçisi portuqaliyalını komandadan ayrılmamağa razı salmaq istəyib.

Lakin yayılan məlumatlara görə, bu, alınmayıb.

Baş tutan danışıqlarda Ronaldu öz mövqeyində israr edib. O, növbəti mövsüm Çempionlar Liqasında oynamaq niyyətində olduğunu bildirib.

“Mançester Yunayted” hücumçunun istəyinə hörmətlə yanaşıb və onun nümayəndələrinə Avropanın top klublarına keçid variantlarını araşdırmaq icazəsi verib.

Eyni zamanda, Premyer Liqa klubu hələ də oyunçunun komandada qalacağına və onun əsas hissəsi olacağına ümid edir.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir