Cəmiyyət

Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb

Sharing is caring!


Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə FHN xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir