MARAQLI

Əfqanıstanda təyyarə qəzasında sağ qalan şəxsdən qeyri-adi yardım çağırışı – FOTO/VİDEO

Sharing is caring!


Əfqanıstanın şimal-şərqində “Falcon 10” biznes təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanlardan biri yaxınlıqda olan kəndə çata bilib və yerli sakinlərdən əl-qol hərəkətləri ilə (jestlərlə) kömək istəyib.

Bu barədə “Afghanistan International” telekanalı məlumat yayıb.

Jurnalistlərin bildirdiyinə görə, sağ qalan şəxs Bədəxşan əyalətinin şimalındakı Kof Ab rayonunun Pedu kəndinə gedib.

Qeyd edək ki, yanvarın 21-də Qaya (Hindistan) – Daşkənd (Özbəkistan) – Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirən sərnişin təyyarəsi Əfqanıstanda dağa çırpılıb. İlkin məlumatlara görə, qəza texniki nasazlıq – hər iki mühərrikin sıradan çıxması nəticəsində baş verib.

Rusiya Tur-operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, biznes-jetin göyərtəsində dörd ekipaj üzvü (ikisi tibb işçisi) və iki sərnişin – Volqodonskdan (Rusiya) evli cütlük (Anna və Anatoli Yevsyukovlar) olublar. Onlar ötən il dekabrın ortalarından Tailandda istirahət ediblər. Qadın orada ağır xəstələnib və Pattayadakı klinikalardan birində müalicə olunub. Daha sonra o, ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub və müalicənin davamı üçün Rusiyaya aparılmasına qərar verilib.

Anatoli Yevsyukov sahibkar və Volqodonsk bazarlarının yaradıcısı olub. 2014-cü ildə iş adamı “Don bölgəsinin rifahı naminə rəşadətli əməyə görə” medalı ilə, üç il sonra isə rayon rəhbərinin “Mərhəmət və xeyriyyəçiliyə görə” döş nişanı ilə təltif edilib.

Evli cütlüyün həlak olduğu ehtimal edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, cütlüyü müşayiət edən həkimlər və təyyarə heyəti sağ qala bilib. Xilas olanlardan biri – tibb işçisi İqor Sıvorotkin yaxınlıqdakı kəndə çataraq kömək istəyib.

Sağ qalanlar “Taliban” hərəkatının nümayəndələrinə təhvil veriliblər.

Bunu “Taliban”ın Bədəxşan qubernatorunun mətbuat katibi Zəbihullah Amiri təsdiqləyib. Həmçinin qeyd olunub ki, xəsarət alanlara lazımi köməklik göstərilir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir