Cəmiyyət

Bazarlarda satılan turşular təhlükəlidirmi? – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


Düzgün hazırlanmayan turşular zəhərlənməyə, bəzən də ölümə gətirib çıxarır.

Qış mövsümündə turşuya olan təlabatın artması bəzən müəyyən fəsadlarla müşaiyət olunur.

Bəs alıcılar turşu alarkən nələrə diqqət edirlər?

Satıcılar deyir ki, onlar satdıqları turşuların təhlükəsizliyinə zəmanət verirlər. Onların sözünə görə, meyvə-tərəvəzlərdən düzəldilən bu bağlamalar sterilizə olunmuş şəraitdə hazırlanır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlanılıb.

Qurumdan verilən məlumata görə, Agentlik tərəfindən mütəmadi olaraq qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlama nəzarət tədbirləri həyata keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, konservləşdirilmiş məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə, etiket məlumatlarına, qabın səthində nöqsanların olub-olmamasına diqqət etsinlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir