Cəmiyyət

Bakıda imtahana gedən qız özünü 16-cı mərtəbədən atdı

Sharing is caring!


Bakıda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu “Qara Qarayev” metro stansiyası yaxınlığında qeydə alınıb.

Paytaxt sakini 18 yaşlı L.Seyfullayeva burada yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

İddialara görə, L.Seyfullayeva Hövsan qəsəbəsində yaşayıb. Onun kollec tələbəsi olduğu bildirilir.

İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, L.Seyfullayevanın hadisə baş verən günü imtahana getdiyi bildirilir. Belə ki, onun imtahan vermək üçün evdən çıxdığı, lakin özünü binadan ataraq intihar etdiyi məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir