Cəmiyyət

Bakıda ana uşağı ilə gəzərkən itin hücumuna məruz qalıb – VİDEO

Sharing is caring!


Bakıda it qadına və onun azyaşlı uşağına hücum çəkib.

Xezerxeber.az-ın məlumatına görə, ana iti uzaqlaşdırmağa çalışsa da, mümkün olmayıb.

Uşağın anası Züleyxa Qazibəyova bildirib ki, hadisə Qaraçuxur ərazisində dörd yaşlı qızı ilə məhəllələrində gəzməyə çıxarkən baş verib.

Ana deyib ki, əlini itin ağzına salıb müdaxilə etməsəydi, uşağın bədənində ciddi yaralar əmələ gələcəkdi.

Valideynin sözlərinə görə, yalnız qonşular köməyə gəldikdən sonra heyvanı uzaqlaşdırmaq mümkün olub. Hadisədən sonra uşağın ayağında iki diş izi, sıyrıqlar, üzündə isə göyərmələr əmələ gəlib. Dörd yaşlı uşaq dərhal xəstəxanaya aparılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.

İt sahibsiz deyil. Zərərçəkənlər ehtimal edirlər ki, heyvanın sahibi də həmin ərazidə yaşayır. Bu səbəbdən də məsələ polis tərəfindən araşdırılır.

Qeyd edək ki, qanunla itlər cilovsuz və ağızlıqsız gəzdirilsə və ya çölə buraxılsa, itin sahibi 200 manat məbləğində, it insana xəsarət yetirərsə, bu dəfə sahibi 800-1000 manat məbləğində cərimə edilir.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir