Siyasət

Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkini müşahidə edəcək

Sharing is caring!


Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. 

Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidməti məlumat yayıb. 

Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkisində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib. 

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.  

Mənbə: TASS 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir