Cəmiyyət

“Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edilib

Sharing is caring!


Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.

Komitənin verdiyi məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.

Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir