Cəmiyyət

Daşkəsəndə dəhşət: Otlaq sahəsinə görə kirvəsini öldürdü – YENİLƏNİB

Sharing is caring!


Daşkəsəndə baş verən qətlin təfərrüatı məlum olub.

Lent.az xəbər verir ki, Qabaqtəpə kənd sakinləri Məmməd və Elnur kirvəlikdən əlavə, həm də qonşu olublar. Məmmədin heyvanlarını Elnurun otlaq sahəsində otarması aralarında münaqişəyə səbəb olub. Tərəflər bir-birini təhqir ediblər, nəticədə Elnur Məmmədi bıçaqlayaraq öldürüb.

15:16

Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-cu il təvəllüdlü Məmməd Malik oğlu Əmrahovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev könüllü olaraq polisə təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir