Cəmiyyət

Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var

Sharing is caring!


Bakıda mebel sexində baş verən partlayış nəticəsində ölənlərdən biri Gürcüstan vətəndaşıdır.

Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb.

Bildirilir ki, 35 yaşlı kişi işi ilə əlaqədar Azərbaycanda olub.

Onun Bolnisi bələdiyyəsinin Naxiduri kəndindən olduğu vurğulanıb.

Xatırladaq ki, yanvarın 15-də günorta saatlarında Bakının Binəqədi rayonunda mebel sexində yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Baş verənlərlə əlaqədar cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir