Cəmiyyət

Məhkəmə səkkiz aydır günahsız həbsdə saxlanılan şəxsi azad etdi – FOTO

Sharing is caring!


Şəmkir Rayon Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımada təqsirləndirilən Coşqun Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə C.Aslanovun vəkili Zabil Qəhrəmanov məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi C.Aslanov barəsində bəraət hökmü çıxarıb:

“Cinayət Məcəlləsinin 234.1 ci maddəsi ilə təqsirləndirilən şəxs Coşqun Yaşar oğlu Aslanovun barəsində bəraət hökmü çıxarıldı. Təqsirləndirilən şəxs səkkiz aydır ki, həbsdə idi. Hakim Həvayət xanıma təşəkkür edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir