Cəmiyyət

Komitə sədri: “Paytaxtda mənzil fondunun yenilənməsi planlaşdırılır”

Sharing is caring!


“Baş plana uyğun olaraq Bakıda mənzil fondunun yenilənməsi planlaşdırılır”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Bakıda kifayət qədər qəzalı vəziyyətə düşmüş binalar var:

“Hazırda da bu istiqamətdə layihələr davam etdirilir. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi və investorların cəlb olunması ilə davam edir. Baş plana uyğun olaraq 2040-cı ilə qədər gələcəkdə də bu addımlar davam edəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir