Cəmiyyət

Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların son durumu açıqlandı

Sharing is caring!


Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan dörd nəfərin (ikisi böyük, ikisi uşaq olmaqla) müalicələri Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.

1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir