Cəmiyyət

BŞİH-in kommunal strukturları gecə gücləndirilmiş iş rejimində çalışıblar – FOTO

Sharing is caring!


Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metrostansiyaların qarşısından təmizlənməsini aparıblar.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olublar və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir