Cəmiyyət

Bədəni yanan Sərxanın anası: “Bəzən yemək almağa belə pul tapmıram” – FOTO

Sharing is caring!


Səkkiz yaşlı Sərxanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Zeynəb İmamquliyeva məlumat verib.

Bildirilib ki, övladı bir ay əvvəl evdə qaz balonunun partlaması nəticəsində yanıb.

“Sərxanın səkkiz yaşı var. Bir ay əvvəl dərsdən gələndə özünə yemək qızdırmaq istəyib. Necə olubsa, qaz balonu partlayıb. Qolları, ayaqları, üzü yanıb. Hadisədən dərhal sonra Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Sərxan orada dəriköçürmə əməliyyatı keçirdi. İnanın, hazırda əlimizdə olan bütün pul tükənib. Nə mazını ala bilirəm, nə bintini. Bəzi günlər normal qida alıb bişirə də bilmirəm. İnanın, vəziyyətimiz çox ağırdır. Mazları vaxtında çəkilməyəndə yaraları çirk edir. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm. Övladımı bu ağrılarla tək qoymayın”. 

Ailə ilə əlaqə: (055) 982-76-26.

Kart: 4169 7388 7731 6020.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir