Cəmiyyət

Aleksandr Rıbak Səbinə Babayeva ilə duet oxuyacaq – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan müğənni Aleksandr Rıbak ilk dəfə Bakıda fevralın 28- və 29-da Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək.

Rıbakın Bakı konsertində “Avroviziya”dakı həmkarı, Azərbaycanın Əməkdar artisti Səbinə Babayevanın da çıxış edəcəyi bildirilir.

Konsertdə azərbaycanlı müğənnilərdən sırf Səbinə Babayevanın iştirakı hər kəs tərəfindən maraqla qarşılanıb.

Oxu.Az-ın əməkdaşı Əməkdar artist Səbinə Babayeva ilə danışıb.

O, təklifin təşkilatçılardan gəldiyini qeyd edib:

“Mən bu layihə ilə bağlı ətraflı məlumat verə bilmərəm. Yalnız təşkilatçılar bu barədə danışa bilər. Diqqətinizə görə, təşəkkür edirəm”.

Konsertin təşkilatçısı Mətin Nəsirli Aleksandr Rıbakın Səbinə Babayeva ilə dost münasibətində olduğunu qeyd edib:

“Səbinə xanım Rıbakın dostlarından biridir. Müəyyən tədbirlərdən tanışdırlar. O cəhətdən də düşündük ki, maraqlı konsepsiya yaradaq. Onların duet ifaları gözlənilir.

Fərqli konsepsiya olacaq. Azərbaycandan müğənnilərdən bir tək Səbinə Babayeva səhnə alacaq. Rıbak 22 nəfərlik heyət ilə çıxış edəcək. Xüsusi şou, maraqlı musiqilər olacaq. Tamaşaçılara xoş anlar yaşadacaqlar. Konsert iki gün olacaq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir