Dünya

Avropada dizaynına görə külli miqdarda pul məhv edildi

Sharing is caring!


Fransada külli miqdarda pul səhv dizayn edildiyinə görə məhv edilib.

Fransa hakimiyyətinin bununla bağlı verdiyi qərar barədə mətbuatda məlumat yayılıb.

Noyabrda ölkənin “Monnaie de Paris” sikkə evi üzərində yeni rəsm olan 10, 20 və 50 sent nominalında 27 milyon sikkə buraxıb. Lakin onların dizaynı Avropa Komissiyası (Aİ) tərəfindən təsdiqlənməyib. Sonradan məlum olub ki, pulun üzərindəki Aİ bayrağındakı ulduzların təsvirləri tələblərə cavab vermir.

Fransa İqtisadiyyat Nazirliyinin rəsmisi “Monnaie”nin Fransa administrasiyasının bir hissəsi deyil, muxtar publik şirkət olduğunu bildirib. Buna görə də, sikkələrin zərb edilməsi xərclərini şirkət öz üzərinə götürəcək və sıravi vergi ödəyiciləri bunun üçün pul ödəməli olmayacaqlar.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir