Cəmiyyət

Sumqayıtda yaşayış binasında yanğın: Altı nəfər təxliyə edildi

Sharing is caring!


Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı mənzilin bir otağında bir ədəd kondisioner və ev əşyaları 12 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir