Cəmiyyət

AQTA: “Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb”

Sharing is caring!


Bayram günlərində bir sıra media orqanlarında guya saxta spirtli içkidən zəhərlənmə hallarının baş verməsi ilə bağlı rəsmi mənbədən dəqiqləşdirilməmiş məlumatlar, bəzi “ekspert”lərin şərhləri yayılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA tərəfindən sözügedən məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bununla əlaqədar bildirilir ki, mediada haqqında bəhs olunan hallar metil spirtindən baş verən zəhərlənmə deyil, spirtli içkinin yüksək miqdarda qəbulu zamanı bədəndə toksiki təzahürlərin üzə çıxması nəticəsində meydana gəlib. Bayram günlərində metil spirtindən heç bir zəhərlənmə hadisəsi qeydə alınmayıb və bununla bağlı agentliyə hər hansı bir müraciət daxil olmayıb.

“Əlavə olaraq qeyd edirik ki, ölkəyə idxal edilən, eyni zamanda, daxili bazar üçün satışı nəzərdə tutulan spirtli içkilər agentlik tərəfindən müvafiq laboratoriya müayinələrə cəlb olunur, həmin məhsulların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə analizləri aparılır.

Bundan başqa, AQTA tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində daimi olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir və bu barədə ictimaiyyətə dövri olaraq məlumatlar təqdim olunur.

İstehlakçılarda qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələr yarandıqda bu barədə konkret faktlarla agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq müraciət edə bilərlər”, – deyə məlumatda qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir