Dünya

HƏMAS İsrailin atəşkəslə bağlı son təklifini rədd edib

Sharing is caring!




Fələstinin radikal HƏMAS hərəkatı İsrailin atəşkəslə bağlı son təklifini rədd edib.

Bu barədə HƏMAS-ın Milli Xarici Əlaqələr Bürosunun rəhbəri Əli Baraka “Reuters” agentliyinə bildirib.

“İsrailin Misir tərəfi ilə bizə bildirdiyi son təkliflərini rədd edirik”, – deyə o vurğulayıb.

HƏMAS-ın digər rəsmisi agentliyə bildirib ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, məqsədlərə çatmaq üçün, xüsusən də bütün girovları azad etmək və HƏMAS üzərində tam qələbə üçün davamlı olaraq çalışırlar. Onun sözlərinə görə, İsrail tərəfinin “HƏMAS-ın döyüş bölmələrinin son qalası” hesab etdiyi Rəfah şəhərində əməliyyatın vaxtı müəyyənləşib. Lakin o bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Rəfah – Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir, humanitar yardımlar Rəfah keçid məntəqəsindən keçir və qaçqınlar bölgəni tərk edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir