Cəmiyyət

Azərbaycanlı kişi ukraynalıları ölümdən xilas etdi – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gündən etibarən Kiyevin mərkəzi və mərkəzə yaxın rayonlarına sutka ərzində demək olar ki, elektrik enerjisi verilməyib.

Məlumata görə, Dnepr şəhərinə İran istehsalı olan dronlarla hücumlar nəticəsində 3 min kvadratmetrlik ərazidəki infrastrukturlar yanaraq kül olub. Donetsk və Xerson vilayətlərində isə Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Rusiya Ordusuna məxsus dron və raket bazalarını məhv edib.

O da bildirilib ki, həmyerlimiz Məzahir Əfəndiyev ağır döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut rayonunda 15-ə qədər ukraynalını meşədə donmaqdan xilas edib.

Həmçinin qeyd edilib ki, ekspertlər enerji böhranı və dağıntıların pik həddə çatması səbəbindən müharibənin bu qış bitəcəyini deyirlər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir