Cəmiyyət

Başqa avtomobilə görə cərimə edildi, maşınına həbs qoyuldu – DYP-dən AÇIQLAMA + FOTO

Sharing is caring!


Vətəndaş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən narazıdır.

Bu barədə Orxan Əmiraslanov adlı şəxs Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıb.

O bildirib ki, başqa nəqliyyat vasitəsinin yol hərəkəti qaydasını pozmasına görə ona cərimə tətbiq olunub:

“Bir neçə ay əvvəl başqa nəqliyyat vasitəsinin də cərimə protokolu mənə gəlib. Nəticədə DYP tərəfindən mənim nəqliyyat vasitəmə həbs qoyulub. Nəticədə maşınımı nə sürə bilirəm, nə də texniki baxışdan keçirə bilirəm. Məsələ barədə dəfələrlə BDYPİ ilə əlaqə saxlasam da, nəticəsi olmur”.

Məsələ barədə BDYPİ ilə əlaqə saxladıq. 

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan avtomobillə bağlı texniki səhv səbəbindən yanlış yazılmış elektron protokol düzəldilib:

“Vətəndaşın törətdiyi digər qayda pozuntuları ilə bağlı mərkəzi informasiya sistemində hər hansı bir ödəniş mövcud deyildir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir