Cəmiyyət

Şəkidə evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb

Sharing is caring!


Şəkidə fərdi yaşayış evində yanğın olub.

APA xəbər verir ki, yanğın günorta saatlarında Şəki şəhəri 20 Yanvar küçəsində, 1932-ci il təvəllüdlü Nəzihə Sərxan qızı İbrahimovaya məxsus birmərtəbəli üçotaqlı evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb ediliblər. Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynabəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briqadası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir