Cəmiyyət

Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Sharing is caring!


Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən qətlə yetirildiyi yerdən görüntülər yayımlanıb.

APA Salatın Əsgərovanın qətlə yetirildiyi ərazidə – Laçının Qaladərəsi kəndində olub.

Ərazidən görüntüləri təqdim edirik:

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində anadan olub. “Molodyoj Azerbaydjana” qəzetində çalışan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında qanunsuz erməni hərbi dəstələrinin hücumuna məruz qalıb. Həmin silahlı hücum zamanı reportajları ilə Qarabağdakı erməni cinayətlərini işıqlandıran Salatın Əsgərova ilə yanaşı, sovet ordusunun üç hərbçisi də həlak olub.

İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. O, 1992-ci il 6 noyabr tarixində ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir