Cəmiyyət

Firuzə İbadova: “Azərbaycan musiqisinə qida verən bir incini itirdik”

Sharing is caring!


“Biz onunla ailəvi çox yaxın idik. O qızlar hamısı gözümün qabağında böyüyüblər. Xəstəxanaya gedən gün Aygünlə əlaqə saxladım. Bacıları da çox əziyyət çəkirdilər. Biz, bilirsiniz, kimi itirdik? Biz Azərbaycan musiqisinə qida verən bir incini itirdik”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova həmkarı Aygün Hümmətova (Bəylər) ilə vida mərasimində deyib. Sənətçi mərhum həmkarının itkisi ilə barışa bilmədiyini bildirib:

“O, böyük musiqiçi idi. Mənim solo konsertim olanda gəlmişdi. Dedi, bu konsertlərdən çoxlu et. Biz onunla çox şey bölüşürdük. Cananla bağlı böyük arzuları var idi. Dünən Canana dedim ki, mən gəlmişəm sənin yanına, ağlama ki, anan narahat olmasın”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir